Dövlət qulluğuna müsahibə ilə bağlı dəqiqləşdirmə aparılıb

  19 İyul 2019    Oxunub : 684
Dövlət qulluğuna müsahibə ilə bağlı dəqiqləşdirmə aparılıb
Azərbaycanda dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibənin keçirilməsi qaydasında dəqiqləşdirmə aparılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənəddə qeyd olunan “yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və” sözləri “Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə” sözləri ilə əvəz edilib.

Azvision.az

Teqlər: Dövlətqulluğu