Türkiyədə toyda gəlinə atəş açdılar

Türkiyədə toyda gəlinə atəş açdılar
  18 İyul 2019    Oxunub:1516
Türkiyənin Konya bölgəsində baş tutan toyda gəlin təsadüfən açılan atəş nəticəsində yaralanıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxsin havaya açdığı atəş gəlinin çiyninə dəyib.

Hadisə yerinə çağrılan təcili yardım maşını yaralanan şəxsi Hacı İzzət Baysal Yunak Dövlət Xəstəxanasına aparıb. İlkin müdaxilə göstərildikdən sonra o, təcili yardımın maşını ilə Konyaya yola salınıb.

Polis atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Toy   Türkiyə   Yaralı  





Xəbər lenti