Kiyevdəki izdihamlı mitinqdən CANLI YAYIM

Kiyevdəki izdihamlı mitinqdən CANLI YAYIM
  01 Dekabr 2013    Oxunub:1289
Ukraynanın paytaxtı Kiyevin Mixaylovsk meydanına 7 minə yaxın adam toplaşıb. AzVision.az UNİAN-a istinadən verdiyi məlumata görə, onlar “Bağışlamayacağıq”, “İnqilab” şuarları səsləndirirlər.

Mitinqçilər qarşısında deputatlar və ictimai fəallar çıxış edirlər. Ətrafdan keçən avtomobillər aksiyaya dəstəklərini siqnallarla bildirirlər. Maşınların bir çoxundan Ukrayna və Avropa Birliyinin bayraqları açılıb.

Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşdən çıxan müxalifət liderləri - “Batkivşina” franksiyasının lideri Arseni Yatsenyuk, “UDAR” lideri Vitali Kliçko və “Azadlıq” Ümumukrayna Birliyinin rəhöbəri Oleq Tyaqnibok Mixaylovsk meydanına gəliblər. Onların mitinqdə çızış edəcəyi gözlənilir.

Arseni Yatsenyuk jurnalistlərə bildirib ki, səfirlərlə çox ciddi danışıqlar aparıblar. Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanın səfirlərini XİN-ə dəvət edərək izahat istəyiblər. “Biz Qərbin sərt reaksiyasını gözləyirik. Ukrayna Rusiya deyil. Kiyev Minsk deyil. Yanukoviçin Putin və Lukaşenkoya çatmasına çox var”, - müxalifət lideri əlavə edib.

Artıq son xəbərlərə görə, Avropa ölkələrinin səfirləri mitinq keçirilən meydana gəliblər. Polşa, Kanada və Baltik ölkələrinin səfirləri mitinqçilərlə söhbət ediblər. Lakin onlar tribunaya çıxmaqdan imtina ediblər və bildiriblər ki, siyasi toplantılarda öz adlarından bəyanat verə bilməzlər.




Teqlər:  





Xəbər lenti