Gürcüstan səfirliyi: “Bu, erməni mətbuatının uydurmasıdır”

Gürcüstan səfirliyi: “Bu, erməni mətbuatının uydurmasıdır”
  11 Mart 2013    Oxunub:1571
Mətbuatda Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə bağlı yayılan məlumatlar yalandır

“Mən məsələ ilə bağlı Gürcüstanın cavabdeh dövlət qurumları ilə əlaqə saxladım”. Bu sözləri AzVision.az-ın sorğusuna cavabında Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən deyiblər.

Səfirlikdən verilən məlumata görə, mətbuatda Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə bağlı yayılan məlumatlar yalandır. “Nə aiddiyatlı qurumlar nədəki Gürcüstanın kütləvi informasiya vasitələri bu məlumatı təsdiqləmədi. Bu jurnalist uydurmasıdır. Ola bilsin ki, təxribatdır”.

Qeyd edək ki, Türkiyə və Ermənistan mətbuatında yayımlanan xəbərə görə, Ermənistana səfər edən müdafiə naziri İrakli Alasaniya Ermənistanın müdafiə naziri ilə birgə mətbuat konfransı zamanı Xankəndində işə salınacaq aeroportla bağlı danışıb. Türkiyənin “Cihan”, eləcə də Ermənistanın “News.am” saytında qeyd olunub ki, nazir konfrans zamanı çıxışında bildirib ki, Azərbaycanın Xankəndi aeroportunda sivil vətəndaşları daşıyan təyyarələri vurması ilə bağlı bəyanatları qəbuledilməzdir.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti