Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır - VİDEO

   Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır -  VİDEO
  02 İyul 2019    Oxunub:3755
Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalma tempi müşahidə olunur.

Azvision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Komitə sədri bildirib ki, buna görə əhalinin artım tempində tədricən azalma müşahidə edilir:
"Bu gün bu məsələ Azərbaycan üçün aktual deyil. Məsələn, Rusiyada əhalinin sayı azalır. Ona görə də uşaqların dünyaya gəlməsi üçün stimullaşdırıcı tədbirlər görülür. Azərbaycanda doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksəkdir. Bu da Azərbaycanda əhalinin artımını təmin edir".



T.Budaqov qeyd edib ki, Azərbaycanda əhalinin strukturu optimaldır və bu gün dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Onun sözlərinə görə, əhali arasında həm gənclərin sayı çoxdur, həm də ömür uzunluğu artır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çoxuşaqlı   Ailə  





Xəbər lenti