Mingəçevirdə həkim işdən çıxarıldı, cinayət işi açıldı - VİDEO

Mingəçevirdə həkim işdən çıxarıldı, cinayət işi açıldı -  VİDEO
  02 İyul 2019    Oxunub:7489
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Agentlikdən Azvision.az -a bildirilib ki, iyunun 28-də Mingəçevir şəhər sakini İsmayılov İmamverdi Səxavət oğlu ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaradılıb.
Qeyd olunub ki, mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub. Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib.




İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib.

Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.

Xatırladaq ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlu uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib. İsmayılov iyunun 28-də xəstəxanada dünyasını dəyişib

Azvision.az



Teqlər: Həkim   Cinayət-işi   Ölüm  





Xəbər lenti