Prezident UNESKO-nun Baş direktorunu qəbul edib - Yenilənib

 Prezident UNESKO-nun Baş direktorunu qəbul edib -  Yenilənib
  30 İyun 2019    Oxunub:2681
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az
UNESKO-nun Baş direktoru xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildirdi.

Mədəniyyətlərarası dialoqa toxunan dövlətimizin başçısı “Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərindən biridir.

Söhbət zamanı Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulandı.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   UNESKO  





Xəbər lenti