Putin, Ərdoğan, yoxsa Əsəd?

Putin, Ərdoğan, yoxsa Əsəd?
  28 Noyabr 2013    Oxunub:1408
“Time” jurnalı ilin adamı nominasiyasında namizədlərin siyahısını açıqlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Time” jurnalı ənənvi olaraq “ilin adamı” nominasiyasına 42 namizədin adını açıqlayıb. Siyahıya Roma papası I Fransisk, İran prezidenti Həsən Ruhani və Amerika Milli Təhlükəsizlik Departamentinin keçmiş əməkdaşı Edvard Snoudenin adı daxil edilib.

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Oxucu səsverməsində 5-ci yerdə qərarlaşıb. Rusiya prezidenti Vladimir Putin burada da Suriya lideri Bəşər Əsədi tək qoymayıb. Belə ki, hər iki lider 7-ci pillədə mübarizə aparır. Birinci yerdə isə tanınmış Amerika müğənnisi Mayli Sayrusdur.

Boston marafonunda partlayış törədən Tsarnayev qardaşları da ilin adamı seçilə bilərlər.

Xatırladaq ki, “Time” jurnalı “ilin adamı”nı dekabrın 11-də elan edəcək. Ötən il bu adı Barak Obama qazanmışdı.

AzVsion.az


Teqlər:





Xəbər lenti