Ukrayna Rusiyadan üz döndərir
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Vilnüs Sammitinə təşrif buyuran Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov ölkəsinin “Avropaya inteqrasiya yolundan dönməyəcəyini” bildirib.
“Biz Avropa yolu ilə gedirik. Mən və mənim komandam əlimizdən gələni edəcəyik ki, missiyamız uğurla nəticələnsin”.
Xatırladaq ki, ötən həftə Ukrayna Nazirlər Kabineti Avropa Birliyi ilə danışıqların dayandırılması barədə qərar qəbul edib. Ukrayna bu qərarını Rusiya və MDB ölkələri ilə ticarət dövriyyəsinin azalmasının və gələcəkdə mümkün iqtisadi çətinliklərdən qurtulmaq məqsədilə qəbul etidiyini bildirir.
Qeyd edək ki, cari ilin sentyabr ayının 3-də Ermənistan da, Avropa Birliyi ilə nəzərdə tutulan müqavilədən imtina edərək Gömrük İttifaqına üzvlüklə bağlı müraciət etmişdi.
Bu gün işinə başlayan Vilnüs Sammitində “Şərq Tərəfdaşlığı” proqramının iki üzvü – Moldova və Gürcüstan Avropa Birliyi ilə assosiativ üzvlük barədə müqavilə imzalayacaqlar.
AzVision.az