Rus şirkəti Qarabağa yol çəkəcək

Rus şirkəti Qarabağa yol çəkəcək
  28 Noyabr 2013    Oxunub:1501
Vardanes-Martakert (Basarkeçər-Ağdərə) magistralının asfaltlanması Yerevandan Azərbaycanın işğal edilən torpaqlarına məsafəni qısaldacaq.

Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə aparan yeni yol inşa etmək qərarına gəlib. Daha dəqiq desək, Vardanes-Martakert (Basarkeçər-Ağdərə) magistralı təmir ediləcək. AzVision.az-ın erməni mətbuatına istinadla verdiyi məlumata görə bu yolun inşasını Rusiyanın tikinti şirkəti Taşir-Konstrakşn öz üzərinə götürüb. Yolun inşasına sərf olunacaq maliyyə vəsaitini isə erməni diasporu toplayır. Öncədən xəbər verdiyimiz kimi Vardenis Martakert yolunun inşası üçün ermənilər noyabrın 28 də ABŞ-da telemarafon keçirəcəklər. Bu məqsədlə “Bütün ermənilərin fondu “Hayastan” Los-Ancelosda kampaniyaya başlayıb. Bununla bağlı Los-Ancelesdə olan separatçı rejimin lideri Bako Saakyan dünya ermənilərindən layihə üçün dəstək istəyib.

Canlı yayımla göstəriləcək 12 saatlıq proqram Təşəkkür gününə təsadüf edir. Ermənilərin strateji cəhətdən ən mühüm magistralı hesab edilən 115 km uzunluqdakı bu yol 30 kənddən keçəcək. Yeni müasir tələblərə cavab verəcək yolun tikintisi ermənilərə 30 milyon dollara başa gələcək. Tikinti işləri çərçivəsində 16 körpü salınacaq.

Təmirdən sonra Ermənistanın şərq rayonlarından, eləcədə paytaxt Yerevandan Azərbaycanın işğal altında olan torpaqlarına məsafənin 2 dəfə qısalacağını deyib.

Onu da qeyd edək ki, Rusiyadakı ən nəhəng holdinqlərindən sayılıan “Taşir” şirkəti erməni əsilli iş adamı Samvel Karapetyana məxsusdur. O, 3,8 milyard dollarlıq sərvətilə Rusiyanın 29-cu ən varlı adamıdır.

Bundan əvvəl “Taşir” şirkəti 25 milyon dollara Xankəndində müasir xəstəxana inşa etmişdi. “Hayastan” fondunun 2008-ci ildə keçirilən telemarafonuna Karapetyan 15 milyon dollar vəsait ayırmışdı. Ümumiyyətlə, şirkətin adı Ermənistanda yerləşən və milyarderin anadan olduğu Taşir şəhərindən götürülüb.

Hazırda Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yol Laçından keçir. Rmənilərin Qoris-Stepanakert adlandırdıqları bu yolun inşası da da 1996-cı ildə “Hayastan” fondu tərəfindən maliyyələşdirilmişdi.

Fondun Parisdəki nümayəndəliyinin Fransada keçirdiyi telemarafonda ölkə üzrə 1.4 milyon avro vəsait toplanıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti