Prezidentə xərclənən milyonlar

Prezidentə xərclənən milyonlar
  28 Noyabr 2013    Oxunub:2627
Koreya Xalq Demokratik Respublikası öz liderlərinin şəxsiyyətinə pərəstiş təbliğatı üçün son iki ildə 500 milyon dollar vəsait xərcləyiblər.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə prezidenti Kim Çen In babası Kim Çen İr və Kim İr Senin şərəfinə 3200 stella, 400 mozaik panno və hər iki liderin şərəfinə 23 metrlik heykəllər ucaldıb. Bu məqsədlə büdcədən 200 milyon dollar pul xərclənib. Daha 300 milyon dollar isə Şimali Koreyanın kommunist liderlərinin adını daşıyan 40-a qədər dövlət müəssisənin tikintisinə ayrılıb. Dövlət xərclərinin artması şəraitində isə ölkənin ixrac qabiliyyəti aşağı düşməkdə davam edir.

Xatırladaq ki, bütün dünyadan təcrid vəziyyətində olan Şimali Koreya Xalq Demokratik Respublikası vətəndaşlarının həyat səviyyəsinə görə, dünyada sonuncu yerlərdə qərarlaşıb.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti