Masazırın bəzi yerlərində işıq olmayacaq

  19 İyun 2019    Oxunub : 716
Masazırın bəzi yerlərində işıq olmayacaq
Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Azərişıq” ASC-dən Azvision.az -a verilən məlumata görə, iyunun 19-da saat 13:30-dan 15:30-dək 110/10 kilovoltluq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Azvision.az

Teqlər: Azərişıq