Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşüb

   Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşüb
  15 İyun 2019    Oxunub:2491
Azərbaycanın Baş naziri Novruz Məmmədov Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmonla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Rahmon Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə edib.

Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan-Tacikistan tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Azvision.az



Teqlər: Baş-Nazir   Tacikistan  





Xəbər lenti