11 ilin sonuncu günü - VİDEOREPORTAJ

  11 ilin sonuncu günü -    VİDEOREPORTAJ
  14 İyun 2019    Oxunub:8180
Bu gün çalınan zəng onları yeni dərslərə deyil, yeni həyata, enişli-yoxuşlu bir yola səslədi. Bir vaxtlar sevərək gəldikləri məktəbə acılı-şirinli xatirələrlə əlvida dedilər. Nəhayət, 11 illik dərs başa çatdı və minlərlə məktəbli üçün "son zəng" çalındı.


Qeyd edək ki, bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınıb. Cari tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vurub.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Son-zəng  





Xəbər lenti