Sarkisyana ağır təhqir - FOTO
Ermənistanın “Tətil” incəsənət qrupunun üzvləri Herbert Qevorkyan və Artak Qevorkyan parlament binası qarşısında üzərində Sarkisyana qarşı təhqiredici sözlər yazılan plaskart yerləşdiriblər (Plaskartın üzərindəki iki sözün birinci hərflərinin yerini dəyişəndə Sarkisyana qarşı söyüş alınır-red.).
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis dövlət başçısını təhqir etdiklərinə və yolu bağladıqlarına görə Qevorkyanları saxlayıb.
Qeyd edək ki, Ermənistan prezidenti Sarkisyanı el arasında Serjik çağırırlar.
Səbinə Həsənova
AzVision.az