Viski içdiyi üçün 9 ay həbs

Viski içdiyi üçün 9 ay həbs
  26 Noyabr 2013    Oxunub:1251
Pakistan Beynəlxalq avialiniyasının ekipaj komandiri Böyük Britaniyada 9 ay həbs cəzası çəkəcək.
Demə o uçuşdan öncə bir butulka viski içibmiş
Pakistan Beynəlxalq avialiniyasının ekipaj komandiri həyatının 9 ayını Britaniya həbsxanasında keçirməli olacaq. Onu uçuşa hazır təyyarənin kabinasında həbs ediblər. Pilotun qanında alkoqolun miqdarı yol verilən limitdən 4 dəfə çox olub. İrfan Fayz adlı pilot 156 sərnişini olan təyyarənin şturvalı arxasında əyləşməli idi. Təyyarə İslamabada istiqamət götürəcəkdi. Aeroport əməkdaşlarının sözlərinə görə, pilotdan alkoqol iyi gəlirmiş. O, təyyarəyə tərəf səndəlləyə-səndəlləyə gedirmiş. Sən demə 55 yaşlı İrfan Fayz uçuşdan öncə bir butulka viski içibmiş, deyə "NY Daily News"qəzeti yazır Britaniya aeroportunun təmsilçiləri qəzetə bildiriblər ki, onlar pilotu uçuşa hazırlaşdığı kabinədə həbs ediblər. Saxlanılan pilot içməyini etiraf edib. Pilotun sözlərinə görə, Pakistanda uçuşa 12 saat qalana qədər spirtli içki qəbul etmək olar. O, isə «Lids Bradford" Beynəlxalq aeroportunda uçuşa 12 saat qalmış spirtli içkinin qəbul etməyi dayandırıb.
Böyük britaniya məhkəməsi ittiham hökmü çıxmazdan əvvəl İrfan Fayzın Britaniya qanunlarından xəbərsiz olmasına təəcüblənib. İttihamçının fikrincə, əgər uçuş baş tutsa idi, onda nəticələri daha faciəli ola bilərdi. Pilotunun vəkilinin səyləri heç bir nəticə verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti