İran uranı daha da saflaşdıracaq

İran uranı daha da saflaşdıracaq
  26 Noyabr 2013    Oxunub:1197
Bu barədə İran Atom Enerji təşkilatının sədri Əli Əkbər Salehi bildirib.
AzVision.az İranın Fars agentliyinə istinadən xəbər verir ki, İran «altılıq» ölkələri ilə razılaşma əldə edildikdən sonra uranı 5%-dək saflaşdırılmağı planlaşdırır. İranın Atom Enerji təşkilatının sədri Əli Əkbər Salehi belə deyib.

«Uranın saflaşdırılması azaldılmayacaq, əksinə artırılacaq. Lakin üzərimizə götürdüyümüz öhdəliyə uyğun olaraq yaxın 6 ay ərzində uranı 20%-dək zənginləşdirməyəcəyik».

Salehi razılaşmadan İranın heç nə itirmədiyini, əksinə ölkəsinə qarşı sanksiyaların yumşaldılacağını bildirib.

«Bu proses ağzını bağladığımız su kranına bənzəyir. Əgər Qərb öz öhdəliklərini yerinə yetirməzsə, biz yenə kranın ağzını açacağıq»- deyə Əli Əkbər Salehi əlavə edib.

Vüqar İsmayılov




Teqlər:  





Xəbər lenti