Metyu Brayzadan maraqlı açıqlama

Metyu Brayzadan maraqlı açıqlama
  26 Noyabr 2013    Oxunub:1229
“Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal edəcəyini gözləmirdim...”

ABŞ dövlət katibinin keçmiş köməkçisi, Amerikanın Azərbaycandakı və Minsk Qrupundakı səfiri olmuş Metyu Brayza Gürcüstan mətbuatına müsahibə verib. AzVision.az xəbər verir ki, Brayza Gürcüstanda “qızılgül inqilabı”ndan keçən 10 il ərzində baş verən əsas hadisələrdən danışarkən sabiq diplomat 10 ilin tamamında hakimiyyətə yeni siyasi komandanın gəlməsinin onun üçün gözlənilməz olduğunu söyləyib.

“Mən həmçinin, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal edəcəyini gözləmirdim. Ancaq həmişə düşünürdüm ki, gürcü xalqı öz ölkəsinin əsas strateji kursuna – Avroatlantik inteqrasiyaya sadiq qalacaq”, - deyə Brayza bildirib.



Teqlər:  





Xəbər lenti