Bəs, sən MxitarYANdan status yazdınmı? - VİDEOBLOQ

  25 May 2019    Oxunub : 4944
Bəs, sən MxitarYANdan status yazdınmı? - VİDEOBLOQ
Dörd gündən sonra - mayın 29-da Bakı UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edəcək. Həlledici görüşdə İngiltərənin "Arsenal" və "Çelsi" klubları üz-üzə gələcəklər. Matç öncəsi "Arsenal"ın erməni oyunçusu Hernix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi ilə bağlı müxtəlif səpkidə müzakirələr aparılır.
Mxitaryan guya "təhlükəsizlik" məsələsinə görə finala qatılmayacağını desə də, rəsmi Bakı bu əsassız iddiaları ifşa edib. Bildirilib ki, Azərbaycan milliyətindən asılı olmayayaraq, bütün futbolçuların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir. Bəs, o zaman erməni futbolçu niyə Bakıya gəlmək istəmədi?

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov məsələnin əsl mahiyyətini növbəti videobloqunda izləyicilərinə çatdırıb.

Sözü gedən videobloqu sizlərə təqdim edirik:



Azvision.az

Teqlər: Avroliqa   Futbolçu   Mxitaryan