Əzizə Mustafazadədən Türkiyədə möhtəşəm konsert

Əzizə Mustafazadədən Türkiyədə möhtəşəm konsert
  25 Noyabr 2013    Oxunub:1553
Azərbaycanlı caz ifaçısı Əzizə Mustafazadə türkləri valeh edib.
AzVision.az-ın məlumatına görə, tanınmış azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə Türkiyədə möhtəşəm konsertlə çıxış edib. Müğənni Türkiyənin Antalya şəhərində “Şəhərdə musiqi var” şüarı ilə keçirilən konsertdə güclü səsi ilə tamaşaçıları valeh edib.

Aşıq Veysəlin “Uzun incə bir yoldayam” mahnısını da ifa edən Ə.Mustafazadə təxminən 1,5 saat tamaşaçılar qarşısında çıxış edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti