Bu barədə Parisdə nəşr olunan “ Observatuarr” jurnalı məlumat yayıb.
Məlumatda bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında müsəlmanlara qarşı 157 hadisə qeydə alınıb.
Müsəlmanlara qarşı yolverilməz hərəkətlər daha çox Reyms şəhərində, Paris ətrafındakı Arjentöy və Trappe yaşayış qəsəbələrində baş verib.
Məlumatda, həmçinin islamofobiya halları ilə bağlı rəqəmin polisə müraciətlər əsasında qeydə alınan rəsmi rəqəmlər olduğu diqqətə çatdırılıb. Əksər hallarda hücuma məruz qalanlar polisə müraciət etməkdən çəkinib.
İslamofobiya aktlarının, müsəlmanlara qarşı nifrət hisslərinin daha çox internet vasitəsilə yayıldığı məlumatda öz əksini tapıb.