Mehriban Əliyeva qızı ilə ziyarətgahda - FOTOLAR

  20 May 2019    Oxunub : 3131
 Mehriban Əliyeva qızı ilə ziyarətgahda - FOTOLAR
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxt Bakıda yerləşən Pir Həsən ziyarətgahını ziyarət edib.
Azvision.az xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkədəki rəsmi hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb:

“İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.








Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Leyla-Əliyeva   Ziyarətgah