Türkiyədən Misirə cavab

Türkiyədən Misirə cavab
  23 Noyabr 2013    Oxunub:1034
Türkiyə Misir səfirini “arzuolunmaz şəxs” elan etdi.
AzVision.az xəbər verir ki, Türkiyə Misirin diplomatik demarşına cavab verib. Musavat.com-un Türkiyənin Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı bu gün Misir XİN-ə çağırılıb. Ona elan edilib ki, Misir Türkiyə ilə diplomatik əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endirir və səfir bu ölkədə “arzuolunmaz şəxs” elan olunur. Səfirə Misiri tərk etmək üçün noyabrın 29-unadək vaxt verilib.

Bundan sonra Misirin Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb. Türkiyəni tərk edən səfir Əbdürrəhman Səlahəddinin “arzuolunmaz şəxs” elan edildiyi onun diqqətinə çatdırılıb.

“Üzüntü duyduğumuz bu durumun tarix qarşısındakı məsuliyyəti Misirdə 3 iyul çevrilişi ilə hakimiyyətə gələn müvəqqəti idarəçiliyin üzərinə düşür. Dost və qardaş Misirin ən qısa zamanda sabitlik və demokratiyaya qovuşmasını və nəticədə ölkələrimiz arasındakı münasibətlərin normala dönməsini arzu edirik”, - Türkiyə XİN-in bəyanatında deyilir.


Teqlər:





Xəbər lenti