Abel Məhərrəmov: "Rəsulzadənin abidəsinin ucaldılmasına ehtiyac var"

Abel Məhərrəmov: "Rəsulzadənin abidəsinin ucaldılmasına ehtiyac var"
  23 Noyabr 2013    Oxunub:1608
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına abidə ucaldılmalıdır”.
“Azərbaycan prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncam hər bir kəsin ürəyincə olan və vaxtında verilən sərəncamdır. Əminəm ki, dövlətin bütün strukturları, xüsusilə elm və təhsil müəssisələri Rəsulzadənin tarixi xidmətlərini qeyd edəcək, bu istiqamətdə tədbirlər planı hazırlayacaq”.

AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, Azərbaycanın tarixi şəxsiyyətləri seriyasından böyük ictimai-siyasi xadim, müstəqil Azərbaycanın qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunması tarixi hadisə olacaq.

M. Ə. Rəsulzadənin BDU-da büstünün qoyulmamasına da münasibət bildirən rektor deyib ki, bu, hər zaman aktual məsələ olub: “Sərəncam əsasında müxtəlif tədbirlər həyata keçiriləcək. Rəsulzadənin abidəsinin harada ucaldılması ilə bağlı məsələ də sərəncamın icrası zamanı müəyyən ediləcək. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına ansambl şəklində abidə ucaldılmasına ehtiyac var. Bu, tarixi bir hadisədir və həyata keçirilməsi hökmən vacibdir. Onlar Azərbaycanın müstəqillik bayrağını ilk qaldıran insanlar olublar”.


Teqlər:  





Xəbər lenti