XİN-lər məsləhətləşəcək

XİN-lər məsləhətləşəcək
  11 Mart 2013    Oxunub:1597
Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, 11-14 mart tarixlərində Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov rəhbərlik edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti