AB Türkiyəyə 240 milyon avro yardım edəcək

AB Türkiyəyə 240 milyon avro yardım edəcək
  23 Noyabr 2013    Oxunub:1116
Avropa Birliyi (AB) Türkiyəyə 236 milyon avro miqdarında maliyyə yardımı edəcək. Bu barədə Avropa Komissiyasının genişlənmə və Avropa qonşuluq siyasəti komissarı Ştefan Füle bildirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, vəsait hüquq, insan haqları, sərhəd nəzarəti, miqrasiya, energetika, ətraf mühit və kənd təsərrüfatı sahələrində islahatlar aparılmasına sərf ediləcək.

"Son həftələrdə AB ilə Türkiyə arasında münasibətlərin müsbət inkişafı müşahidə edilir", - deyə Füle vurğulayıb.

Türkiyənin AB-yə daxil olması haqqında rəsmi danışıqlar 2005-ci ildə başlayıb. Danışıqların növbəti mərhələsi noyabrın 5-də başlayıb.


Teqlər:





Xəbər lenti