Riqada baş verən uçqunda ölənlərin sayı 43-ə çatıb

Riqada baş verən uçqunda ölənlərin sayı 43-ə çatıb
  22 Noyabr 2013    Oxunub:1060
Riqada “Maxima” ticarət mərkəzinin uçması nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, daha 40 nəfər yaralanıb.

Binanın qalıqları altında qalanların dəqiq sayı hələ məlum deyil. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir. Latviya DİN isə hadisə nəticəsində ölən və yaralananların siyahısını açıqlamayacağını bəyan edib: “Bu, fiziki şəxslərin müdafiəsi haqqında qanuna ziddir”.

Faciəli hadisə ilə əlaqədar noyabrın 23-25-də Latviyada üç günlük matəm elan olunub.

Qeyd edək ki, olay noyabrın 21-də yerli vaxtla saat 18.00 radələrində baş verib. Əvvəlcə binanın dam örtüyü və divarlardan biri uçub. Hadisə yerinə xilasedicilər gəldikdən sonra ikinci divar uçub.


Teqlər:





Xəbər lenti