Yanukoviç Putindən şikayətçidir

Yanukoviç Putindən şikayətçidir
  22 Noyabr 2013    Oxunub:1015
Litva prezidentinin köməkçisi Yanukoviçin Rusiya tərəfindən şantaj olunması barədə Litvalı həmkarına şikayət etdiyini açıqlayıb.
Ukrayna prezidenti Viktor Yanukoviç Litva prezidenti Dale Qribauskayteyə telefon vasitəsilə danışıq zamanı rəsmi Kiyevin Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilə imzalamamasını Rusiyanın iqtisadi təzyiqləri və şantajları ilə əlaqəli olduğunu bildirib. AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Yovita Nyalyupşen məlumat verib.

“Ukrayna iqtisadi təzyiqlər və şantajlar qarşısında duruş gətirə bilmədi. Rusiya Ukraynanın xüsusən, ölkənin şərqində yerləşən və yüz minlərlə insanların çalışdığı sənaye obyektlərindən Rusiyaya malların idxalına məhdudiyyətlər qoyacağı xəbərdarlığını edib. Hesab olunur ki, proses Ukraynaya milyardlarla dollar ziyan verə bilərdi. Dale Qribuskayte ilə telefon danışığı zamanı bu səbəblərə görə Yanukoviç bu qərarı qəbul etdiyini bildirib”.

Buna qədər İsveç Xarici İşlər naziri Karl Bildt rəsmi Kiyev “total təzyiq siyasəti ilə hərəkət edən” Kreml qarşısında “gözlənilmədən diz çökdü” deyə sosial şəbəkədə qeyd yazmışdı.

Bundan öncə, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynaya təzyiqlər etməsi barədə ittihamları mənasız və ədalətsiz adlandırmışdı.

Xatırladaq ki, ötən gün Ukrayna Nazirlər kabineti Avropa Birliyi ilə assosiativ razılaşma haqqında müqavilənin imzalanma prosesini dayandırıb və Rusiya, digər MDB ölkələri ilə iqtisadi münasibətləri inkşaf etdirmək niyyəti ilə əlaqələndirib.


Teqlər:  





Xəbər lenti