Azərbaycan və Türkiyə ordusu gücünü göstərdi - VİDEOREPORTAJ

  03 May 2019    Oxunub : 7752
 Azərbaycan və Türkiyə ordusu gücünü göstərdi - VİDEOREPORTAJ
Xəbər verdiyimiz kimi, Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri keçirilib.

Birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak ediblər.
Təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.

Birgə təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.

Azvision.az -ın birgə gəlimlərdən hazırladığı videoreportajı təqdim edirik:



Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Türkiyə   Azərbaycan   Təlim