“Küçə itlərinin hamısını güllələmək lazımdır” - VİDEOSORĞU

  24 Aprel 2019    Oxunub : 5641
“Küçə itlərinin hamısını güllələmək lazımdır” - VİDEOSORĞU
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Sulutəpə qəsəbəsində 4 yaşlı uşaq küçə itinin hücumuna məruz qalıb. Azyaşlı ciddi xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra küçələrdə təhlükə saçan sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib və sosial şəbəkələrdə aktiv müzakirə predmetinə çevrilib.
Hər kəsi bir sualın cavabı düşündürür: Sahibsiz küçə itlərindən necə xilas olmaq olar?

Azvision.az mövzunun aktuallığını nəzərə alaraq, bu suala cavab tapmaq üçün paytaxt sakinləri arasında videosorğu keçirib. Respondentlər təhlükədən xilas olmaq üçün fərqli çıxış yolları göstəriblər.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Küçə-İti   Sorğu