Azay Quliyev Ankarada görüşlər keçirib

  18 Aprel 2019    Oxunub : 1356
Azay Quliyev Ankarada görüşlər keçirib
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bu gün Ankarada Türkiyə parlamentinin vitse-spikeri cənab Sürəyya Sadi Bilgiçlə görüşüb.
Azvision.az xəbər verir ki, görüşlər barədə məlumat Azay Quliyevin tvitter hesabında paylaşılıb. Görüşdə ATƏT PA -Türkiyə əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində birgə fəaliyyət, Azərbaycan-Türkiyə parlamentlərinin beynəlxalq miqyasda irəli sürdükləri təşəbbüslər müzakirə edilib.

Azay Quliyev bu gün həmçinin, Türkiyə Daxili İşlər nazirinin müavini Mehmet Ərsoyla da görüşüb. Görüşdə Azərbaycan Türkiyə QHT-lərinin əməkdaşlıq platformasının yaradılması haqqında razılıq əldə edilib.

Deputat Azay Quliyev bu qərarın hər iki qardaş ölkənin milli maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.



Azvision.az

Teqlər: Azay-Quliyev   Ankara