İngilis dilinə 33 yeni söz daxil olub

İngilis dilinə 33 yeni söz daxil olub
  20 Noyabr 2013    Oxunub:2098
İngilis dilinin beynəlxalq dil olduğunu qəbul etməyən yəqin ki, tapılmaz. Bu dildə yeni sözlərin yaranma prosesi digər dillərlə müqayisədə daha sürətlidir. Başqa sözlə desək, ingilis dili dayanmadan dəyişir, yenilənir. Yeni sözlər bir neçə aydan bir yenilənən Oksford lüğətinə düşür.

Mütxəssislər yeni sözlərin yaranmasının başlıca səbəbini müasir texnologiya, internet, dəb və kulinariya ilə bağlayırlar.

Azvision.az bu ilin avqust ayında Oksford lüğətinə daxil olmuş 33 ən yeni və maraqlı sözlərin izahı ilə sizləri tanış edir.

apols (qıs. Apologies sözündən yaranıb)- üzr istəmək

A/W ( autumn/winter) – dəb aləmində payızqış mövsümü

bitcoin –bankın baş ofisinə müraciət etmədən həyata keçirilən pul əməliyyatı

blondie – açıq rəngli vanilli və ya karamelli piroq

buzzworthy – ictimaiyyətdə böyük əks-səda doğura biləcək bir şey

BYOD (bring your own device) –şirkətin öz işçilərinə şəxsi kompyuterlərindən istifadə etməyə icazə verməsi təcrübəsi

cake pop – nabata bəzəyən yumru formalı şirniyyat

chandelier earring – dəmir, muncuq, kristal və qiymətli daşlardan olan böyük və çətin taxılan sırğalar

click and collect – müştərilərə internet vasitəsilə malları seçib, sifariş etməyə imkan verən internet xidməti. Sifariş olunmuş mallar istənilən vaxt ən yaxın mağazadan götürülə bilər

dappy – axmaq, dəli, qəribə, və ya özünü axmaqcasına aparan

derp – hər hansı bir boş, mənasız, axmaq sözü şərh etmək üçün istifadə olunan səs

digital detox –insanların internetə yox, məhz real həyata həsr etdiyi vaxt

double denim –cins köynəyin cins şalvar və ya ətəklə geyinilməsi

emoji – smayl işarələrinin başqa adı (yapon dilində)

fauxhawk – popyular kişi saç düzümü, xoruz pipiyinə bənzəyir.

FIL (father-in-law)- qayın ata, ögey ata

flatform – altı düz qalın ayaqqabı

FOMO (fear of missing out) – nə isə çox vacib, və maraqlı bir xəbəri buraxmaq qorxusu

geek chic – “kitabqurdalrı” nın geyim tərzlərinin kopyalanması

grats (congratulations sözündən) – təbriklər

guac (guacamole sözündən)- quakamole avakodan hazırlanan meksikan çərəzi

Internet of things – əşyaların interneti, əşyaların bir-biri ilə məlumat mübadiləsini təmin edəcək qurğularla təchiz edildiyini nəzərdə tutan gələcəyin konsepsiyası

jorts - cins şortlar

LDR ( long-distance relationship) – platonic məhəbbət

me time – insanın ancaq özünə və istirahətə həsr etdiyi vaxt

MOOC (massive open online course) – çoxlu sayda insanların bir-birləri ilə əlaqə saxlaya bildikləri onlayn kurslar

pear cider – armud şərabı

phablet – ekranı adi telefonlardan böyük, lakin planşet kompyuterlərdən kiçik olan smartfon

pixie cut – çox qısa, qabağında əyri kəkili və ayrı-ayrı dəstələri olan saç düzümü.

selfie – telefonla çəkilmiş və sosial şəbəkələrdə yerləşdirilən portret tipli şəkil

space tourism – kosmik turizm

squee – sevinc gümrahlıq həvəskarlığının nümayişi.

srsly (seriously)- ciddi olaraq.


AzVision.az


Teqlər:  





Xəbər lenti