Şəkillərdə gülən Elina - VİDEOREPORTAJ

  12 Aprel 2019    Oxunub : 7406
 Şəkillərdə gülən Elina - VİDEOREPORTAJ
Bu gün Bakıda, 162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilib. Mərasimdə paytaxt sakinləri, Elinanın yaxınları, digər məktəblərin müəllim və şagirdləri də iştirak ediblər.
Azvision.az xəbər verir ki, mərasimə qatılanlar məktəbin girişinə gül dəstələri, oyuncaqlar qoyub, mərhumun fotolarını düzərək şamlar yandırıblar.

Anım mərasimində iştirak edənlərin ən böyük istəyi günahkarların tezliklə cəzalandırılmasıdır. Onlar öz övladlarının da taleyindən narahat olduqlarını dilə gətiriblər.

Azvision.az intihar edən məktəblinin anım mərasimindən hazırladığı videoreportajı təqdim edir:



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Elina   Məktəbli   İntihar