Aprel döyüşçüləri: “Nəyə qadir olduğumuzu düşmənə göstərdik” - VİDEO

     Aprel döyüşçüləri:    “Nəyə qadir olduğumuzu düşmənə göstərdik” -    VİDEO
  04 Aprel 2019    Oxunub:13688
“Aprel döyüşləri bizim üçün gözlənilməz deyildi. Döyüşlərə tam hazır idik”

Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbədən 3 il ötür. Ordumuzun əsgər və zabit heyəti böyük şücaət gəstərərək tarixi qələbəyə imza atıblar.
Aprel döyüşləri zamanı bir sıra strateji mövqelər, 2000 hektardan artıq ərazi, o cümlədən, Lələtəpə yüksəkliyi işğaldan azad olunub. 4 günlük müharibədə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.

Qələbənin 3 illiyini qeyd edən aprel qəhrəmanları döyüş xatirələrini Azvision.az -la bölüşüblər.



Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, qazi Loğman Məmmədovun sözlərinə görə, aprel döyüşləri düşmənə Azərbaycan Ordusunu gücünü göstərib: “Döyüşümüzlə göstərdik ki, biz o torpaqlara qayıda bilərik və bir gün mütləq qayıdacağıq”.

Digər aprel qəhrəmanı Ağasəmi Şahgəldiyev düşmənin dörd günlük döyüşlərdə böyük itkilər verdiyini, hələ də ağır məğlubiyyətin təsirindən çıxa bilmədiyini deyib: “Yenidən döyüşlərə və torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazırıq”.

Aprel qazisi Elməddin Ağayev döyüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak etdiyini vurğulayıb. O, torpaqlarımız uğrunda şəhid olmağa hazır olduğunu söyləyib.

Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Aprel-Döyüşü   Qazi   Ordu  





Xəbər lenti