Maşınla vurulan piyada xəstəxanada ölüb

  20 Mart 2019    Oxunub : 1369
Maşınla vurulan piyada xəstəxanada ölüb
Martın 19-da saat 15 radələrində Yasamal rayonunun N.Nərimanov küçəsində Bakı şəhər sakini M.Talıbov idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Amən Talıbovu vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş A.Talıbov orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   Piyada