Naxçıvanda 7 məhkum əfv olundu- FOTOLAR

  19 Mart 2019    Oxunub : 879
 Naxçıvanda 7 məhkum əfv olundu- FOTOLAR
Özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən bir qrup məhkum Novruz bayramı ərəfəsində əfv olunub.
Azvision.az -ın məlumatına görə, məhkəmə qaydasında 4 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 3 məhkumun isə cəzası yüngülləşdirilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlətimizə minnətdarlıqlarını bildiriblər.



Qeyd edək ki, Naxçıvan MR-da insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur. Məhkumların yaşayış şəraiti, onlara verilən imtiyazların genişləndirilməsi, ərzaq təminatı və geyim ləvazimatları ilə təmin olunması daim dövlətimizin diqqət mərkəzində olub. Belə ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün müxtəlif peşə kursları açılıb, həmin kursları bitirən məhkumlara sertifikatlar verilib ki, bu da onların cəzadan azad olunandan sonra da müvafiq işlə təmin olunmalarına köməklik göstərir.



Bu illər ərzində dövlətimizin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.



Azvision.az

Teqlər: Naxçıvan   Əfv