Miqrasiya Xidmətinin yaradılmasının ildönümü qeyd edildi- FOTOLAR

  19 Mart 2019    Oxunub : 2520
 Miqrasiya Xidmətinin yaradılmasının ildönümü qeyd edildi- FOTOLAR
Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 12-ci ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib.
DMX-dan Azvision.az -a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.



Xidmət əməkdaşları həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.



Daha sonra Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında və bir qrup miqrasiya orqanları əməkdaşının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi barədə 16 mart 2019-cu il tarixdə imzaladığı Sərəncamlar elan edilib.



Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xidmətin kollektivi adından təşəkkürünü ifadə edib.



Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü və peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirildiyini vurğulayan Xidmət rəisi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, milli təhlükəsizlik və sabitliyin təmin olunmasını qeyd edib.



Vüsal Hüseynov bildirib ki, ötən illər Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində mühüm yeniliklərlə yadda qalıb. Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyi təkmilləşdirilib, DMX-nın fəaliyyətinin genişləndirilməsi sahəsində ciddi addımlar atılıb, Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflıq tam təmin edilib, müraciət edənlərin məmnunluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.



Xidmət rəisi əldə olunan nailiyyətlərdə miqrasiya orqanları əməkdaşlarının fəaliyyətini xüsusilə qeyd edib. Bildirib ki, miqrasiya orqanlarının hər bir əməkdaşı milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır, ölkəyə təşrif buyuran hər bir əcnəbinin müraciəti diqqətlə araşdıraraq qanunamüvafiq qərarların qəbul olunmasında vicdanla çalışırlar.



Daha sonra bir qrup Xidmət əməkdaşı Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. Dövlət Miqrasiya Xidməti rəisi tərəfindən 34 əməkdaşa xüsusi rütbə, 44 əməkdaşa fəxri fərman verilib, 2 əməkdaşın qulluqda yüksəlişi barədə əmr oxunub və 47 əməkdaşa təşəkkür elan olunub.










Azvision.az

Teqlər: DMX