Yetişməyən “Məhsul” və “Məhsul”a yetişməyənlər - VİDEOBLOQ

 Yetişməyən “Məhsul” və “Məhsul”a yetişməyənlər -   VİDEOBLOQ
  14 Mart 2019    Oxunub:9899
Milli Şuranın son iki mitinqinə icazə verilməməsi səbəbsiz deyil. Bununla bağlı rəsmi qurumlar açıqlamalar yayıblar. Bildirilib ki, radikalların yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri, polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri şəhər sakinlərinin haqlı narazılığına səbəb olub.
Nəticədə "Məhsul" stadionunun yaxınlığında yaşayan sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər ünvanlayıblar. Bu səbəbdən Əli Kərimli və ətrafında toplaşan azsaylı qrupun mitinq müraciətlərinə rədd cavabı verilib. Məsələ bu qədər sadə və anlaşılandır.

Bəs sakinlərin şikayətləri qarşısında Milli Şura nə edir? Niyə öz qanunsuz əməllərinə haqq qazandırmağa, yenidən mitinq keçirməyə çalışırlar? Məqsəd nədir?

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu və digər suallara cavab tapmağa çalışıb.

Sözügedən videobloqu sizə təqdim edirik:



Azvision.az



Teqlər: Mitinq   Məhsul   Müxalifət  





Xəbər lenti