Əfv Komissiyası: 400-ə yaxın müraciətə baxılıb

  Əfv Komissiyası:  400-ə yaxın müraciətə baxılıb
  28 Fevral 2019    Oxunub:2331
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
İndiyədək keçirilən iclaslarda ümumilikdə 400-ə yaxın müraciətə baxıldığı bildirilib.

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.

Azvision.az



Teqlər: Əfv   Komissiya  





Xəbər lenti