Qadın cüdoçularımız Çexiyada güclərini sınayacaqlar

  22 Fevral 2019    Oxunub : 858
Qadın cüdoçularımız Çexiyada güclərini sınayacaqlar
Martın 2-də Çexiyanın paytaxtı Praqada qadınlar arasında cüdo üzrə açıq Avropa turniri keçiriləcək.
Azvision.az xəbər verir ki, Azərbaycanı yarışda iki idmançı – Larisa Florian (52 kq) və Fatimə Özərdim (70 kq) təmsil edəcək.

Qeyd edək ki, qitə turnirində 28 ölkədən 184 cüdoçunun iştirakı rəsmiləşib.

Azvision.az

Teqlər: Cüdo