Türkiyədə avtobus qəzası: Ölən və yaralılar var

 Türkiyədə avtobus qəzası:    Ölən və yaralılar var
  17 Fevral 2019    Oxunub:2092
Türkiyənin Mardin şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, hadisə yerinə təcili yardım əməkdaşları, xilasedici briqadalar cəlb olunub. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Azvision.az



Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti