Fətullah Gülən saxlanılıb? - Ankaradan cavab

  Fətullah Gülən saxlanılıb? -    Ankaradan cavab
  17 Fevral 2019    Oxunub:6236
Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-da saxlanılması barədə məlumatlar yayılıb. İddia olunur ki, Gülən bu gün Türkiyəyə təhvil veriləcək.
Azvision.az xəbər verir ki, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Bildirib ki, onlara belə bir informasiya daxil olmayıb.



"FETÖ-yə qarşı mübarizədə mövqeyimiz qətidir. Dünyanın harasında olmasından asılı olmayaraq, biz bu terror təşkilatına qarşı, FETÖ şəbəkəsini ifşa etmək üçün mübarizə aparırıq. Dost və müttəfiq ölkələr bu işdə bizə dəstək verirlər", - deyə Kalın vurğulayıb.

Azvision.az



Teqlər: FETÖ   Gülən  





Xəbər lenti