Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib

 Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib
  17 Fevral 2019    Oxunub:1935
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən, telefon danışığında əsas diqqət Suriyadakı vəziyyətə yönəldilib.

Putin 14 fevral tarixində Soçidə Astana prosesinin qarant dövlət rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar barədə məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azvision.az



Teqlər: Putin   Makron   Suriya  





Xəbər lenti