Mnatsakanyan britaniyalı nazirlə Qarabağı müzakirə etdi

 Mnatsakanyan britaniyalı nazirlə Qarabağı müzakirə etdi
  16 Fevral 2019    Oxunub:2157
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alen Dunkanla görüşüb.
Azvision.az Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Ermənistanla Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri və regional problemlər, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Qeyd olunub ki, britaniyalı nazirin xahişi əsasında Mnatsakanyan Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi barədə məlumat verib. Erməni nazir bildirib ki, İrəvan münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır: “Nizamlanma üçün sülh atmosferinin yaradılması, vəziyyətin gərginləşməsinə istiqamətlənən hərbi ritorika və addımlardan qaçmaq vacibdir”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Britaniya  





Xəbər lenti