Türkiyə Avropanın ödəmə mexanizminə qoşulacaq

Türkiyə Avropanın ödəmə mexanizminə qoşulacaq
  15 Fevral 2019    Oxunub:1320
Türkiyə ABŞ sanksiyalarından yan keçmək üçün Avropa ölkələrinin (Böyük Britaniya, Almaniya, Fransa) İranla ticari hesablaşmaların asan və maneəsiz həyata keçirilməsi məqsədilə yaratdığı INSTEX xüsusi ödəmə kanalına qoşulmağa hazırdır.
Azvision.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə iranlı həmkarı Həsən Ruhani ilə görüşündə deyib.

Ruhani ümid edib ki, Türkiyə ilə İran arasındakı enerji, sənaye və nəqliyyat sahələrində yarımçıq qalan layihələr tezliklə başa çatacaq və ikitərəfli sazişlərin icrası yolundakı maneələr aradan qalxacaq.

Bu mənada Ərdoğan iranlı həmkarını əmin edib ki, Türkiyə İranla ticarətdə Avropa İttifaqının yaratdığı xüsusi ödəmə kanalına qoşulmağa və Tehranla ikitərəfli analoji maliyyə mexanizm yaratmağa hazırdır.


Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Türkiyə   Avropa  





Xəbər lenti