Putin zədəli halda xokkey oynayacaq

   Putin zədəli halda xokkey oynayacaq
  15 Fevral 2019    Oxunub:1991
Rusiya prezidenti Vladimir Putin özünü normal hiss edir, cüdoçularla məşq zamanı barmağının zədələnməsi bu gün xokkey oynamasına mane olmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dimitri Peskov deyib.

“Vladimir Putin özünü əla hiss edir və Belarus prezidenti Lukaşenko ilə görüşə, sonra isə xokkey oynamağa hazırlaşır”, - deyə Peskov jurnalistlərə bildirib.

Qeyd edək ki, Putin dünən axşam cüdo üzrə bir saatlıq məşqdə iştirak edib. O, Olimpiya çempionu Beslan Mudranovla məşq zamanı sağ əlinin barmağını zədələyib.

Azvision.az


Teqlər: Putin  





Xəbər lenti