Haitidə kütləvi etirazlar - Prezident istefa tələbini rədd etdi

  Haitidə kütləvi etirazlar  - Prezident istefa tələbini rədd etdi
  15 Fevral 2019    Oxunub:1539
Haiti prezidenti Jovenel Moiz bəyan edib ki, ölkədə keçirilən kütləvi aksiyalarda etirazçıların tələbinə baxmayaraq, vəzifəsindən istefa verməyəcək.
Azvision.az “Le Nouvelliste” qəzetinə istinadən xəbər verir ki, Moiz xalqa müraciətində belə deyib.

“Mən, dövlətin başçısı Jovenel Moiz ölkəni silahlı qruplaşmalar və narkotik ticarətçilərinin əlinə verməyəcəyəm. Mən xalqın səsini eşidirəm və onları narahat edən problemlərdən xəbərdaram. Bu problemlərin həlli üçün hökumət zəruri tədbirlər görür”, – deyə Haiti prezidenti vurğulayıb.



Artıq bir həftədir ki, Haitini bürüyən hakimiyyət əleyhinə kütləvi etirazlarda 7 nəfər həyatını itirib. Etirazların əsas iştirakçıları ölkənin kasıb rayonlarının sakinləridir. Onlar prezident Jovenel Moizi və onun rəhbərlik etdiyi hökuməti vətəndaşları lazımı yaşayış şəraiti ilə təmin edə bilməməkdə günahlandırırlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Haiti  





Xəbər lenti