ABŞ Nümayəndələr Platası büdcə layihəsini qəbul edib

 ABŞ Nümayəndələr Platası büdcə layihəsini qəbul edib
  15 Fevral 2019    Oxunub:1812
ABŞ Konqressinin yuxarı palatası olan Senatın ardınca Nümayəndələr Platası (aşağı palata) da bir sıra federal nazirliklərin və sərhəd təhlükəsizliyi büdcəsi ilə bağlı qanun layihəsini qəbul edərək, imzalanması üçün sənədi prezident Donald Trampa göndərib.
Azvision.az xəbər verir ki, Tramp növbəti “şatdaun” (federal hökumətin işinin qismən dayandırılması) prosesinin baş verməməsi üçün bu günün sonunadək Konqressin təqdim etdiyi büdcə qanununu imzalamalıdır.

Konqressdəki demokratlarla respublikaçıların razılaşdırdıqları büdcə qanun layihəsində Meksika ilə sərhəddə divarın inşası üçün Tramp administrasiyasının tələb etdiyi 5,7 milyard dollar əvəzinə büdcədən yalnız 1,4 milyard dollar əlavə vəsait ayrılması təklif edilib.

Lakin Ağ Evdən bildirilib ki, büdcəni imzaladıqdan sonra Tramp Konqressin icazəsinə ehtiyac duymadan Meksika ilə sərhəddə divarın tikilməsi üçün əlavə vəsaitin artırılması məqsədilə ABŞ-ın cənub sərhədlərində fövqəladə vəziyyət elan etmək niyyətindədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti