DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az