“Sarı jiletlilər”in etirazında 7500 nəfər həbs edilib
“Hökumət məhkəmənin qanunu pozmaqda günahkar bildiyi, yaxud sonradan biləcəyi “sarı jiletlilər”lə bağlı amnistiya elan etmək niyyətində deyil. Mənim mesajım budur: istənilən aqressiya təqib olunacaq və cəzalandırılacaq. Artıq məhkəmə mitinqlərdə saxlanılan 1800 nümayişçi barəsində hökm çıxarıb, daha 1500 nəfərin işinə isə baxılır” - Kristof Kastaner bəyan edib.
Fransa daxili işlər naziri onu da vurğulayıb ki, “sarı jiletlilər”in etirazları zamanı hüquq-mühafizə orqanlarının 1300 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, “sarı jiletlilər” hərəkatının ilk etiraz aksiyası ötən ilin 17 noyabrında başlayıb. 9 feralda isə onların sayca 13-cü aksiyası keçirilib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: